Lavrov: Ukrayna Donbası tərk etməlidir

Lavrov və Rubio arasında telefon danışığı zamanı Rubio münaqişənin təmas xəttində dondurulmasını və tərəflərin olduğu yerdə qalmasını vacib hesab etdiyini qeyd edib.
Crossmedia.az xəbər verir ki, Lavrov təmas xəttində münaqişənin dondurulmasına qarşı çıxıb və qeyd edib ki, belə olan halda Ukrayna zaman qazanacaq və yenidən silahlanacaq, eyni zamanda bu münaqişənin ilkin səbəblərini aradan qaldırmır bildirib.
Lavrov qeyd edib ki, Ukrayna Donbası tərk etməlidir. Rubio əmin olub ki, Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur. Buna görə də ABŞ rəsmiləri ikinci telefon danışığından sonra Putin və Tramp görüşünün təxirə salınması barədə Ağ Evə məruzə ediblər. Çünki Tramp nəticəsiz görüşə maraqlı deyil.
12:22 21.10.2025
Oxunuş sayı: 958