Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
19:39 12.10.2025
Oxunuş sayı: 952