Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq

Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Crossmedia.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, oktyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişlidir.
14:15 12.10.2025
Oxunuş sayı: 1599