Kamerun prezidenti yenidən seçkilərdə iştirak edəcək

Kamerun prezidenti Pol Biyə səkkizinci müddətə namizədliyini irəli sürəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Afrika mediası məlumat yayıb.
Məlumata görə, 92 yaşlı dövlət başçısı növbəti prezident seçkilərində iştirak etməyi qərara alıb. Əgər Biyə seçkilərdə qalib gəlsə, o, Kameruna 100 yaşına qədər rəhbərlik edə biləcək.
Türkan Kərimli
13:33 12.10.2025
Oxunuş sayı: 1667