“Xaç Atası” Filminin ulduzu Dayan Kiton vəfat edib

Amerikalı aktrisa Dayan Kiton, kult filmlərdən olan "Xaç atası"ndakı rolu ilə tanınırdı.
Crossmedia.az xəbər verir ki, Variety nəşrinin məlumatına görə, aktrisa 80 yaşında vəfat edib.
O, həmçinin Vudi Allenin filmlərində çəkilib və “Enni Holl” filmində ən yaxşı qadın roluna görə “Oskar” və BAFTA mükafatları qazanıb.
Aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.
23:39 11.10.2025
Oxunuş sayı: 826