Bayden şüa terapiyası alır

ABŞ-nin 82 yaşlı sabiq prezidenti Cozef Bayden diaqnozu qoyulmuş prostat xərçəngi ilə əlaqədar şüa və hormon terapiyası kursu keçməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Baydenin mətbuat katibi bildirib ki, müalicə planına uyğun olaraq, prezident hazırda şüa terapiyası və hormon müalicəsi alır.
Mənbənin sözlərinə görə, terapiya kursu beş həftə davam edəcək və bu, Baydenin xərçənglə mübarizəsində yeni mərhələ sayılır.
Qeyd olunub ki, 2025-ci ilin may ayında Baydenin nümayəndələri onun sümüklərə metastaz verən prostat xərçəngi diaqnozu aldığını açıqlamışdılar.
Türkan Kərimli
22:45 11.10.2025
Oxunuş sayı: 1247