Rusiyalı aktivist həbs edilib

Rusiyanın Altay Respublikası ərazisində yerləşən Qorno-Altaysk şəhər məhkəməsi aktivist Aruna Arnanı “pozuntuya görə” həbs edib.
Crossmedia.az xəbər verir ki, o hazırda Qorno-Altaysk İstintaq Təcridxanasında saxlanılır.
Aruna Arna öz platformasında “Varşavyanka” mahnısını paylaşdığı üçün terrorizmə çağırışda ittiham olunur. O, daha əvvəl müəyyən hərəkətlərin qadağan olunması şəraitində saxlanılırdı və Rusiyanın maliyyə monitorinq xidməti tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Oktyabr ayında o, mitinq qaydalarını pozduğuna görə 20 min rubl məbləğində cərimələnmişdi. Sentyabrda isə Aruna Arna “SOTAvision”a müsahibə verərək insan haqlarını müdafiə etməyə və siyasətlə məşğul olmağa çalışdığını, lakin indi ondan “terrorçu” obrazı yaradıldığını demişdi.
21:55 11.10.2025
Oxunuş sayı: 1129