Tramp və Zelenski “Tomaqavk” raketlərini müzakirə edib

ABŞ-nin prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında danışıqlar zamanı Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi məsələsi müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Axios nəşri Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, yekun qərar hələ qəbul edilməyib. Mənbələrdən birinin sözlərinə görə, söhbət təxminən 30 dəqiqə davam edib. Zelenski bu danışıqları “çox pozitiv və məhsuldar” adlandıraraq, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə göstərilən dəstəyə görə Trampa təşəkkür edib.
18:52 11.10.2025
Oxunuş sayı: 1924