İraq Türkiyəyə neft ixracını bərpa edib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “İraq–Türkiyə” neft kəməri ilə neftin yenidən nəqlinə başlandığını açıqlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün səhər saat 07:07-dən etibarən ‘İraq–Türkiyə’ neft kəməri ilə neftin nəqli bərpa olunub”, – deyə nazir bildirib.
Qeyd edək ki, bu neft kəmərinin fəaliyyəti 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra dayandırılmışdı. Artıq 2023-cü il oktyabrın 4-də Türkiyənin BOTAŞ şirkəti boru kəmərini istismara hazır vəziyyətə gətirmişdi.
Bundan əvvəl İraq mediası İraq Kürdüstan Regional İdarəsinin (KRAİ) yataqlarından Türkiyənin Ceyhan limanına neft tədarükünün başlandığını bildirmişdi.
Neft kəmərinin fəaliyyətinin bərpası İraqın ixrac imkanlarını artıracaq, eyni zamanda Türkiyənin regional enerji habı kimi mövqeyini gücləndirəcək.
Səbiyyə Zayirova
13:56 27.09.2025
Oxunuş sayı: 1193