İsrailin baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (BMT) tribunasından Fələstin hərəkatı HƏMAS-ı dərhal silahı qoymağa və Qəzza sektorunda müharibənin dayandırılması müqabilində girovları azad etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Cursor" nəşri məlumat yayıb.
Baş nazir bildirib ki, onun müraciətinin yayımı yalnız İsrailin enklavla sərhədindəki gücləndiricilər vasitəsilə deyil, həm də birbaşa HƏMAS liderlərinin mobil telefonlarına çatdırılır. Bu, «İsrail xüsusi xidmətlərinin xüsusi səyləri sayəsində» mümkündür, — Netanyahu iddia edib.
«Əgər bunu etsəniz, yaşayacaqsınız. Əgər yox, İsrail sizi tutub hamınızı məhv edəcək. Əgər HƏMAS bizim tələblərə razılıq versə, müharibə elə indi dayana bilər», — yəhudi dövlətinin baş naziri bəyan edib.
Səbiyyə Zayiorva