Peskov: "Türk Axını" tam gücü ilə işləyir

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Türkiyənin Rusiya qazından imtina edəcəyinə dair inamını şərh edib,.
Crossmedia.az "TASS" agentliyinə istinadən xəbər verir.
"Türk Axını" tam gücü ilə işləyir. "Mavi Axın" da tam gücü ilə işləyir", — deyə Peskov bildirib.
"Biz Türkiyə Respublikası ilə ticarət-iqtisadi əməkdaşlığımızı davam etdiririk. Bu, suveren dövlətdir və özü qərar verir ki, bizimlə hansı sahələrdə əməkdaşlıq etsin. Əgər bəzi ticarət növləri və ya mallarla bağlı əməliyyatlar Türkiyə tərəfinə sərfəlidirsə, o zaman Türkiyə tərəfi bu fəaliyyəti davam etdirəcək", — Kremlin nümayəndəsi vurğulayıb.
Səbiyyə Zayirova
13:07 27.09.2025
Oxunuş sayı: 3172