Bolqarıstan Azərbaycanla 2025-2029-cu illər üçün Mədəniyyət Proqramını təsdiqləyib

Bolqarıstan Nazirlər Şurası Azərbaycanın Mədəniyyət Nazirliyi ilə 2025-2029-cu illərdə əməkdaşlıq proqramının layihəsini təsdiqləyib.
Bu barədə Crossmedia.az Bolqarıstan KİV-inə istinadən xəbər verir.
Proqram layihəsində ölkələr arasında musiqi, təsviri incəsənət, muzey və qalereyalar, daşınar və daşınmaz mədəni irs, qanunsuz olaraq xaricə çıxarılmış mədəni sərvətlərin, kitab və kitabxanaların qaytarılması, kino, folklor, opera, dram, kukla və sirk teatrı sahələrində əməkdaşlıq nəzərdə tutulur.
Proqram həmçinin mədəniyyət və yaradıcılıq sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır.
2019-2023-cü illəri əhatə edən əvvəlki proqramın müddəti 2023-cü il dekabrın 31-də başa çatıb.
17:50 25.09.2025
Oxunuş sayı: 961