WSJ: Nyu-Yorkda İranla danışıqlar nəticəsiz qaldı

"The Wall Street Journal" nəşrinin jurnalisti Laurens Norman “X” sosial şəbəkəsində yazıb ki, BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən İranla danışıqlar uğursuz olub.
Crossmedia.az xəbər verir ki, Normanın paylaşımında avropalı bir diplomata istinadən deyilir: “Dünən Nyu-Yorkda (İranla tətik mexanizmi - "snapback" barədə) danışıqlar oldu. Heç bir yeni irəliləyiş və nəticə yoxdur”.
Onun açıqlamasına əsasən, Avropa mənbələri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq sanksiyaların avtomatik şəkildə bərpasını nəzərdə tutan “tətik mexanizmi”nin planlaşdırıldığı kimi davam edəcəyini gözləyirlər.
10:50 25.09.2025
Oxunuş sayı: 3237