Suriya prezidenti BMT Baş Assambleyasında tarixi ilk çıxış edib

" İsrailin Suriyaya qarşı təhdidləri ötən ilin dekabrın 8-dən bəri dayanmayıb. İsrail Dəməşqdəki keçid dövründən istifadə edərək bölgəni yeni münaqişələr riski ilə üz-üzə qoydu, lakin biz müharibə istəmirik və mövcud böhrandan çıxmaq üçün dialoq və diplomatiyadan istifadə edəcəyik".
Crossmedia.az xəbər verir ki, bunu Suriya prezidenti Əş-Şəra BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
O, Suriyanın 1974-cü ildə İsrail və Suriya qüvvələrinin Qolan təpələrindəki döyüşlərdən azad edilməsinə dair razılaşmaya sadiq olduğunu bir daha vurğulayıb.
“Biz tariximizdə “sülh” adlı yeni bir səhifə açdıq. Xalqımız öz hüquqlarını, azadlığını, milli ləyaqətini bərpa etmək üçün ayağa qalxdı... Biz hakimiyyət boşluğunu aradan qaldırdıq və ölkənin yenidən qurulması prosesinə başladıq",- o, əlavə edib.
Əl-Şəraa xüsusilə Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Aİ, ABŞ və bütün ərəb və müsəlman dövlətlərinə dəstəyə görə təşəkkür edib.
10:26 25.09.2025
Oxunuş sayı: 2405