Ursula fon der Lyayen ətrafında SMS-skandalı

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Fransa Prezidenti Emmanuel Makron arasında MERKOSUR bazarı ilə bağlı mesajlaşmaların itməsi yeni skandal yaradıb. Belə ki , Avropa Ombudsmanı bu gizli yazışmaları araşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Macarıstanlı deputat Kinqa Qal bildirib ki, bu hadisə Komissiyanın fəaliyyətində şəffaflığın çatmadığını göstərir və Avropa institutlarında açıq şəffaflığa ehtiyac var.
Qeyd edək ki, may ayında Avropa Məhkəməsi Komissiyaya qarşı qərar çıxarıb, çünki Komissiya fon der Lyayen ilə Pfizer-in baş direktoru arasında gedən mesajları açıqlaya bilməyib.
Fatimə Məmmədova
10:20 25.09.2025
Oxunuş sayı: 1468