Çinin "BYD" şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çinin "BYD" şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə "X" hesabında paylaşım edib.
"Çinin "BYD" şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş direktoru Tien Çunlon ilə görüşümüzdə ölkəmizlə biznes tərəfdaşlığı üzrə yeni imkanları, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik.Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində önəmini vurğuladıq. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işləri və qarşıdakı dövr üçün hədəfləri nəzərdən keçirdik", - deyə nazir qeyd edib.
20:55 24.09.2025
Oxunuş sayı: 1130