"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" tədbirinin tarixi dəyişdirilib

"İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" tədbirinin keçirilmə tarixi dəyişdirilib.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festival dekabrın 5-11-də keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb.
Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.
Xatırladaq ki, "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" Bakıda oktyabrın 6-12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdi.
12:52 16.09.2025
Oxunuş sayı: 974