2029-cu ildə Azərbaycanın ÜDM-i 161 mlrd. manatı ötəcək

2026-cı ilin sonuna Azərbaycanda ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Məlumata görə, 2027-ci ildə ÜDM-in həcminin 142.1 milyard manata, 2028-ci ildə isə 150.4 milyard manata bərabər olacağı gözlənilir.
Qeyd edilib ki, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Bildirilib ki, növbəti il qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı 75.8%-ə, 2027-ci ildə 77.6%-ə, 2028-ci ildə 79.5%-ə, 2029-cu ildə isə 80%-ə yüksələcək.
10:48 16.09.2025
Oxunuş sayı: 843