Naxçıvanda əhalinin bank əmanətləri 54 %-dən çox artıb

Bu ilin avqust ayının 1-ə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 32 milyon 752 min manat təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, bir il öncəyə nisbətən 54,4 % çoxdur.
Əmanətlərin 93,2 %-i milli, 6,8 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,2 dəfə artıb.
14:43 11.09.2025
Oxunuş sayı: 649