Bu il Naxçıvanda sənaye istehsalı 19 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 19,1 % çoxdur.
Sənaye məhsulunun 281 milyon 174 min 400 manatı və ya 82 %-i malların, 61 milyon 832 min 500 manatı və ya 18 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 %-i mədənçıxarma, 76,6 %-i emal, 20,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
(Report)
13:27 11.09.2025
Oxunuş sayı: 579