Çimərliklər məhv olur, yayda pənah yerimiz əldən gedir: Qarşısı alınmalıdır!

“The Financial Times” nəşrinin məlumatına görə, dünyanın müxtəlif bölgələrindəki çimərliklər, qumun yuyulması səbəbindən qarşısının alınması çətin olan sahil xəttinin eroziyası təhlükəsi ilə üzləşirlər.
"Mayamidən Barselonaya və Avstraliyanın Qızıl Sahilinə qədər hakimiyyət orqanları gələcək illərdə sahil xətlərinin eroziyanın təsirindən necə xilas edilə biləcəyini anlamağa çalışırlar. Eroziyanın bir hissəsi təbii səbəblərdən baş verir. Bu vəziyyəti fırtınalar, dəniz səviyyəsinin qalxması daha da ağırlaşdırır", - nəşr qeyd edib.
Sahil xəttinin bərpası üçün qum süni şəkildə gətirilir. Bu, daşqınlardan təbii müdafiə rolunu oynayır. Lakin qumun qiyməti artır, tikinti və digər sahələrdə yüksək tələbat səbəbindən təklif azalır.
“Barselonanın sahil xətti ildə 30 min kubmetr qum itirir ki, bu da 12 olimpiya hovuzunun həcminə bərabərdir. Eroziyadan qorunma tədbirlərinə baxmayaraq, bəzi çimərliklər tamamilə yox ola bilər, - nəşr qeyd edib.
Əlbəttə, dünyada müşahidə olunan quraqlıqlar, qlobal istiləşmələr də çimərliklərlərlə bağlı mənfi tendensiyaya səbəb olur. Bu, Azərbaycan üçün də istisna deyil. Belə getsə, bir azdan getməyə çimərlik tapmayacaq. Halbuki çimərilər xüsusilə yay aylarında çoxumuzun pənah yerinə çevrilir...
Gözlənilən mənfi ssenari barədə Crossmedia.az-a danışan ekoloq Camal Hüseynov bildirib ki, qumun yuyulması, dəniz səviyyəsinin qalxması, fırtına və siklonların intensivləşməsi, qum hasilatı və şəhərsalmaya yönəltmə səbəbindən çimərliklırin yox olma riski var. Məsələn, Banqladeş, Maldiv adaları, Tuvalu kimi ölkələrdə sahil eroziyası nəticəsində bəzi çimərliklər artıq ciddi şəkildə kiçilmişdir. Avropada, xüsusilə Niderland və Britaniya sahillərində qoruyucu tədbirlər olmasa, dəniz suyunun yeksəlməsi bu ölkələrin qurutduğu xeyli torpaq sahəsini yenidən tuta bilər. ABŞ-nin Forida ştatında da yüzlərlə kilometr sahil xətti eroziya riski altındadır. Süni qum tədarükü ilə erazoyanın qarşısını almağa çalışırlar. Yəni qumun süni şəkildə başqa yerlərdən gətirilərək çimərliklərə əlavə edirlər. Məsələn, Miami çimərlikləri bu metodla qorunur. Sahil mühafizə tikililəri ilə bu prosesə qarşı mübarizə aparırlar. Dalğaqıranlar, baryer adalar, qum tutucu bəndlər və beton divarlar inşa edilir".
O söyləyib ki, bu strukturlar bəzən ətraf sahələrdə eroziyanı artırır, buna görə ehtiyatla tətbiq olunmalıdır: "Qum hasilatının və sahil xətti yaxınlığında tikinti fəaliyyətinin məhdudlaşdırılması, qoruq zonalarının yaradılması və sahil zonalarının dayanıqlı istifadəsi də insan amilini bloklaya bilər. Qum təpələrinin (dunes) və onların üzərindəki bitki örtüyünün qorunması bu istiqamətdə əsas prioritetdir. Dənizkənarı bitkilər qumu tutaraq eroziyaya qarşı təbii sipər rolunu oynayır. Qlobal səviyyədə istixana qazlarının azaldılması və iqlim adaptasiya strategiyaları, dəniz səviyyəsinin artmasının qarşısını almaq üçün qlobal razılaşmalara əməl etmək (məsələn, Paris Sazişi) iqlim dəyişmələri baxımından bu məsələ üçün əsas mübarizə sayılır. Azərbaycan ərazisində bu məsələ bir qədər mürəkkəbdir. Belə ki, ölkənin ərazisində şimal və cənub çimərlikləri bir qədər istifadə üçün cəlb edici deyil. Bu sahil xəttinin fiziki və morfoloji xüsusiyyətləri ilə bağlıdır. Daha yaxşı qumlu sahillər mərkəzi sahillərdə yəni, Abşeron yarımadasında yerləşir. Burada çimərlik errozoyasının və yox olmasının bir sıra səbəbləri mövcuddur. İlkin səbəb qumun inşaata yönəldilməsidir. Bunun qarşısı son illərdə qəti addımlarla alınmışdır. Çimərliklərdə ekoloji tarazlığın pozulması, neft və məişət atıqları ilə çirklənmə hələ də böyük problem kimi həll edilməyən məsələlərdəndir. Sözsüz ki, bununla əlaqədar addımlar atılsada nəticələr tam effektiv deyil. İnsanların fəaliyyəti ilə sahillərin çirkləndirilməsi isə hələdə ekoloji mədəniyyətin geniş yayımının olmadığını göstərir. Digər tərəfdən dənizkənarı şəhərciklərin tikilməsi sahilboyu ərazidə planlaşdırılmış nəzarətin yaradılmasına imkan verəcəkdir. Lakin, gündəlik qazanc məqsədilə dənizkənarını zəbt edən iri biznes şəbəkələrinin sahillərdən qazanc kimi istifadə etməsi və ekoloji sabitliyi pozması gələcəkdə nəzarətli və planlı infrastrukturun qurulmasını labüd edir. Təhlillər göstərir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda sahil eroziyası və məhv olması məsələsi hazırda zəif templə gedir. Lakin, ölkənin müvafiq qurumları bununla bağlı xeyli müasir metodlar əsasında tədbirlər görür".
Ayhan
12:03 08.08.2025
Oxunuş sayı: 1351