Gəncədə evdən tibb bacısının meyiti tapıldı

Hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, həmin ünvanda yaşayan 60 yaşlı S. Cəfərovanın meyiti yaxınları tərəfindən aşkarlanıb.
Ölümün səbəbləri araşdırılır.
Məlumata görə S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyib.
Faktla bağlı araşdırma aparılır.
16:04 10.07.2025
Oxunuş sayı: 636