Gürcüstandan Azərbaycana qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla Azərbaycan ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Crossmedia.az Komitəyə istinadən xəbər verir.
Məlumata əsasən, İdarənin "Mazımqara" gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.
"Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib", - Dövlət Gömrük Komitəsindən bildirilib.
16:57 13.10.2026
Oxunuş sayı: 266