Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü başa çatıb



Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitdi.
Bu barədə Crossmedia.az xəbər verir.
13:47
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş yenidən təkbətək formatda davam edir.
13:17
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş dörd saatdan çoxdur ki, davam edir.
Crossmedia.az xəbər verir ki, görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayıb, daha sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək formatda davam edib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra danışıqlar davam etdirilib.
12:27
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra davam edir.
11:40
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə fasilə elan edilib.
Crossmedia.az xəbər verir ki, fasilədən sonra danışıqlar davam etdiriləcək.
11:11
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.
Crossmedia.az xəbər verir ki, sonra görüş təkbətək formatda davam edib.
09:07
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
14:09 10.07.2025
Oxunuş sayı: 1402