Rubio: Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.
“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, - o bildirib.
Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında münaqişənin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.
22:21 08.07.2025
Oxunuş sayı: 1010