Azərbaycan klubunun iddialı planları litvalı mütəxəssisin diqqətini çəkdi

"Sabah" futbol komandasının iddialı olması baş məşqçi Valdas Dambrauskası cəlb edib.
Crossmedia.az bildirir ki, bunu litvalı mütəxəssis mətbuat konfransında deyib.
O, Bakı təmsilçisinin təklifini qəbul etməsi ilə bağlı danışıb: "Bəzən belə anlarda çox tez qərar verməlisən. "Sabah"ın çox iddialı olması qərarıma təsir etdi. 8 il ərzində uğurlar əldə ediblər. Həmişə yuxarı pillələr üçün mübarizə aparırlar. Klubun iddiası məni cəlb etdi"
Qeyd edək ki, "Sabah" Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə üz-üzə gələcək. İlk görüş iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü iyulun 17-də keçiriləcək.
19:51 08.07.2025
Oxunuş sayı: 1047