Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır

Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır.
Crossmedia.az bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumata istinadən xəbər verir.
Bildirilib ki, ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 7 – 13 iyul 2025-ci il tarixlərində seçim etməlidirlər.
İştirakçıların nəzərinə çatdırırıq ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi zamanı istifadə olunan magistratura ixtisaslaşmalarının bakalavr ixtisaslarına uyğunluq cədvəlinin (“Magistr” №3, 2025) son variantını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.
09:50 01.07.2025
Oxunuş sayı: 824