Ermənistan parlamentinin spikeri Azərbaycanla hərbi münaqişə riskini qiymətləndirib

Hazırda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə riski minimal səviyyədədir.
Crossmedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanla müharibə riskləri minimaldır və biz bu risklərin tam neytrallaşdırılması üzərində işləməliyik”, – deyə o vurğulayıb.
Simonyan Ermənistan hökumətinin bu istiqamətdə “praktiki addımlar atdığını” əlavə edib.
17:34 17.06.2025
Oxunuş sayı: 714