İsrail İrana qarşı “sürpriz əməliyyatlar” hazırladığını açıqlayıb

İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter İrana qarşı yeni və daha təsirli hərbi əməliyyatların planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu əməliyyatlar 2024-cü ildə Livanda “Hizbullah” üzvlərinin peycerlərinin partladılması ilə müqayisədə “demək olar ki, sadə” görünəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Leyter bu fikirləri amerikalı “Merit Street” telekanalına müsahibəsində səsləndirib. Səfir bildirib: “Bir neçə sürpriz hazırlamışıq. Toz-duman yatdıqdan sonra – cümə axşamı və ya cümə günü – elə hadisələr baş verəcək ki, keçmiş əməliyyat onlarla müqayisədə demək olar ki, sadə görünəcək”.
İsrail rəsmisinin bu açıqlaması bölgədə İran–İsrail gərginliyinin daha da dərinləşəcəyinə və yaxın günlərdə yeni hərbi eskalasiyaların baş verə biləcəyinə işarə kimi dəyərləndirilir. Hazırda nə Tehran, nə də “Hizbullah” bu açıqlamaya münasibət bildirməyib.
Zəhra Ağayeva
15:49 17.06.2025
Oxunuş sayı: 714