Bakıdan İsrailə xəbərdarlıq: "İranda azərbaycanlıların yaşadığı bölgələr hədəf olmasın"

Azərbaycan tərəfi İsrailə müraciət edərək, İranda azərbaycanlıların yaşadığı bölgələrin hərbi hədəfə çevrilməməsi ilə bağlı çağırış edib.
Crossmedia.az xəbər verir ki, rəsmi Bakı müxtəlif diplomatik kanallar vasitəsilə İsrail rəhbərliyinə bu məsələ ilə bağlı aydın mesaj çatdırıb. Bildirilib ki, münaqişə zamanı mülki infrastruktura və dinc əhaliyə zərər vurulmamalıdır.
Qeyd edək ki, iyunun 13-də səhər saatlarında İsrail İrana qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. Hədəflər arasında yüksək rütbəli hərbçilər və nüvə sahəsində çalışan mütəxəssislər də olub. Yerli mənbələrin məlumatına əsasən, hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid və bir neçə nüvə alimi həyatını itirib.
Həmin günün axşamı İran "Həqiqi Vəd III Əməliyyatı" çərçivəsində cavab hücumu təşkil edib. Bu zaman Tel-Əviv də daxil olmaqla bir sıra İsrail şəhərlərinə yüzlərlə ballistik raket və PUA göndərilib. Cavab zərbələri nəticəsində mülki itkilər və böyük dağıntılar qeydə alınıb.
15:39 17.06.2025
Oxunuş sayı: 2497