ABŞ kəşfiyyatı İsrailin İranla bağlı iddialarını şübhə altına alır

İsrailin keçən həftə İrana endirdiyi zərbələrə səbəb kimi Tehran rejiminin nüvə proqramında “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşması göstərilsə də, ABŞ kəşfiyyat orqanları bu fikri bölüşmür.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, ABŞ rəsmiləri İranın hazırda nüvə bombası istehsalı ilə məşğul olmadığını hesab edir. Rəsmilərin açıqlamasına əsasən, İranın kütləvi qırğın silahı hazırlamaq imkanına sahib olması üçün hələ təxminən üç il vaxt lazım olacaq.
Bu fərqli qiymətləndirmələr Vaşinqtonla Tel-Əviv arasında İranın nüvə potensialı ilə bağlı yanaşma fərqini bir daha gündəmə gətirir.
Zəhra Ağayeva
15:30 17.06.2025
Oxunuş sayı: 685