Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq - FƏRMAN

Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində Keyfiyyət informasiya sistemi haqqında əsasnaməni təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabineti Sistemdən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydasını da altı ay müddətində təsdiq etməlidir.
13:38 17.06.2025
Oxunuş sayı: 707