KİV: "Xameneiyə ən yaxın hərbi general öldürüldü"

İsrail Müdafiə Qüvvələri İran Silahlı Qüvvələrinin yeni təyin olunmuş Baş Qərargah rəisi general Əli Şadmaninin hava zərbəsi nəticəsində öldürüldüyünü iddia edib.
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir ki, Şadmani bu vəzifəyə bir neçə gün əvvəl – onun sələfi general Məhəmməd Baqerinin öldürülməsindən sonra təyin olunmuşdu.
Baqeri 13 iyun tarixində İsrailin İran komandanlığı və nüvə proqramı ilə bağlı obyektlərə endirdiyi kütləvi hava hücumu zamanı hədəfə alınaraq zərərsizləşdirilmişdi.
İsrail hərbi mənbələrinin məlumatında bildirilir ki, Əli Şadmani İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə ən yaxın hərbi fiqurlardan biri sayılırdı və onun aradan qaldırılması Tehran üçün ciddi strateji itkidir.
Aybəniz Səfərova
10:55 17.06.2025
Oxunuş sayı: 932