Tramp İsrailin Xameneyini öldürmək planını rədd edib

ABŞ-ın prezidenti Donald Tramp, İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd planını rədd edib. Bu barədə ABŞ mediası üç rəsmi şəxsə istinadla məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Məlumata görə, Tramp bu qərarı İsrailin “Rising Lion” adlı hərbi əməliyyatı çərçivəsində İranın nüvə obyektlərinə və hərbi rəhbərliyinə qarşı hücumlar zamanı verib. O, ABŞ vətəndaşlarının hücumlarda hədəf alınmadığını əsas gətirərək, Xameneiyə qarşı sui-qəsdin bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu və milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi isə yayılan məlumatları təkzib edərək, mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.
Hazırda İsrail və İran arasında qarşılıqlı raket və PUA hücumları davam edir. Hər iki tərəf ciddi itkilər verir. Beynəlxalq ictimaiyyət isə bölgədə vəziyyətin nəzarətdən çıxmasından narahatdır.
Nigar Rəhimova
15:55 16.06.2025
Oxunuş sayı: 784