ABŞ-da güclü daşqın: 5 ölü, 3 itkin

ABŞ-ın Qərbi Vircinya ştatında leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində azı 5 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
Bu barədə Crossmedia.az CNN TÜRK agentliyinə istinadla xəbər verir. Ştatın qubernatoru Patrik Morrisi verdiyi açıqlamada, güclü yağışların bir sıra bölgələrdə ciddi fəsadlara yol açdığını, binaların çökməsi ilə nəticələndiyini bildirib.
Qubernator qeyd edib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir və itkin düşən şəxslərin tapılması üçün bütün imkanlar səfərbər olunub.
ABŞ Milli Hava Xidməti isə əhaliyə qəfil su basqınlarına qarşı ehtiyatlı olmağı tövsiyə edib və daşqından təsirlənmiş ərazilərdə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
Nigar Rəhimova
15:25 16.06.2025
Oxunuş sayı: 884