Netanyahu: İran rejimi İsraili məhv etmək istəyir, buna imkan verə bilmərik

İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı açıqlama verib. O bildirib ki, İran rejimi konstitusiyasında İsraili məhv etməyi açıq şəkildə qeyd edib və bu, onların xarici siyasətinin əsas prioritetidir.
“Belə bir rejimin nüvə silahı əldə etməsinə imkan verə bilmərik. Bu, bizim üçün ölümə bərabər vəziyyətdir”, – deyə Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, indiki İran rejimi qədim Fars hökmdarı Böyük Kirin əksinə olaraq, yəhudi xalqının xilaskarı deyil:
“İndiki İran rejimi yəhudi xalqını yox etmək istəyir. Biz bu terrorçu zehniyyəti məhv edəcəyik”, – deyə o əlavə edib.
21:12 15.06.2025
Oxunuş sayı: 788