İranda metanol anbarında yanğın: Ən az 3 nəfər ölüb

İranın cənubunda yerləşən Buşehr limanında baş vermiş yanğında metanol anbarı alovlanıb.
Crossmedia.az xəbər verir ki, rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Buşehr şəhəri İranın Bəsrə körfəzi sahilində yerləşir və ölkənin yeganə nüvə enerji stansiyasının burada yerləşməsi ilə tanınır. Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.
Mədinə Cəlilova
23:40 11.06.2025
Oxunuş sayı: 1540