Pentaqon: ABŞ Ukraynaya hərbi yardımı azaldacaq

ABŞ-nin 2026-cı il üçün nəzərdə tutulan müdafiə büdcəsində Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi azaldılacaq.
Crossmedia.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Piq Heqset deyib.
Onun sözlərinə görə, hazırkı hakimiyyət, yəni Donald Trampın rəhbərlik etdiyi administrasiya Ukraynadakı müharibəyə fərqli yanaşır.
“Biz hesab edirik ki, bu münaqişənin danışıqlar yolu ilə sülh şəraitində həlli həm tərəflərin, həm də ABŞ-nin maraqlarına daha uyğundur”
Agentlik qeyd edir ki, bu dəyişiklik Ukraynanın Rusiyanın davamlı raket hücumlarına qarşı müdafiəsində mühüm rol oynayan hava hücumundan müdafiə sistemlərini gələcəkdə daha az miqdarda ala bilməsi ilə nəticələnə bilər.
Nigar Rəhimova
23:32 10.06.2025
Oxunuş sayı: 1479