Britaniyanın hərbi rəhbəri: “Rusiya NATO ilə müharibə istəmir”

Böyük Britaniyanın Silahlı Qüvvələrinin rəhbəri admiral Toni Radakin Rusiya ilə bağlı NATO baş katibi Mark Ruttenin səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Rusiyanın alyansa hücum etməyi planlaşdırmadığını deyib
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
“Rusiya NATO ilə müharibə aparmaq istəmir. Və Rusiya nüvə müharibəsi də istəmir. Biz bu məsələdə əmin olmalıyıq”, – deyə Radakin vurğulayıb.
Onun bu açıqlaması NATO daxilində Rusiya təhlükəsi ilə bağlı müxtəlif yanaşmaların olduğunu göstərir.
Qeyd edək ki, M.Rutte daha əvvəl bildirmişdi ki, NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir
Nigar Rəhimova
21:51 10.06.2025
Oxunuş sayı: 1509