Tural Abbaslı: "Müxalifət və iqtidar bir-birinə düşmən gözü ilə baxmamalıdır"

"Belə səfərlər nəticəsində iqtidarla müxalifət arasındakı baryerlər aradan qalxır".
Bunu Crossmedia.az-ın siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı əraziyə ezam olunan əməkdaşına açıqlamasında Ağ partiya sədri Tural Abbaslı deyib.
O, bunun çox əhəmiyyətli olduğunu bildirib: "Müxalifət və iqtidar bir-birinə düşmən gözü ilə baxmamalıdır. Burada söhbət yalnız rəqabətdən gedə bilər".
Siyasətçi, həmçinin bərpa-yenidənqurma işlərindən məmnunluğunu bildirib:
"Bu, bizi, əlbəttə, sevindirir. İşlər, bəlkə də, müəyyən mənada yavaş gedir. Amma "qurudulmuş torpaqlarda" bu qədər iş görmək, konqres mərkəzi tikmək özü böyük işdir".
Kənan Novruzov
18:12 03.06.2025
Oxunuş sayı: 1885