Mavrikidə etirazlar fonunda turistlərə küçəyə çıxmaq qadağan edilib
Mavrikidə baş verən kütləvi iğtişaşlar səbəbindən rusiyalı turistlər otellərdə qalmağa məcbur olublar. Silahlı etirazlar və təhlükəsizliklə bağlı narahatlıqlar istirahət edənlərin sərbəst hərəkətini məhdudlaşdırıb.
Crossmedia.az xəbər verir ki, “Life.ru” nəşri “SHOT” Telegram kanalına istinadən bu barədə məlumat yayıb.
Turistlərin sözlərinə görə, hazırda xüsusilə La-Qolett bölgəsində vəziyyət gərgin olaraq qalır. Etirazlar otellərin yaxınlığında baş verir və yerli əhalinin silahlı etirazları səbəbindən turistlərdən küçəyə çıxmamaları xahiş olunur.
Qeyri-sabit vəziyyət və sürücü çatışmazlığı səbəbindən balinaları müşahidə etmək üçün təşkil olunan ekskursiyalar da ləğv edilir. Bəzi turizm bölgələrində saat 20:30-dan səhər 06:00-dək komendant saatı tətbiq olunur.
Rusiyalı turistlər otellərdə su çatışmazlığından da şikayətlənirlər. Onların bildirdiyinə görə, su təminatındakı problemin dekabr ayınadək davam edə biləcəyi ehtimal olunur.
10:46 15.10.2026
Oxunuş sayı: 53