Holann 60-cı qolunu vuraraq Messini geridə qoydu
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Fransa təmsilçisi PSJ-yə qarşı keçirilən UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun oyununda (2:4) iki rekorda imza atıb. Crossmedia.az "Actu Foot" nəşrinə istinadən xəbər verir ki, dubl edən norveçli futbolçu turnir tarixində 60 qol həddinə ən tez çatan oyunçu olub. Bunun üçün ona 60 matç kifayət edib. Əvvəlki rekord 80 görüşdə 60 qol vuran Lionel Messiyə məxsus idi. Bundan əlavə, E.Holann sözügedən göstəriciyə çatan ən gənc futbolçu adını da qazanıb. O, Çempionlar Liqasında 60-cı qolunu 26 yaş 85 günlüyündə vuraraq L.Messini bir gün qabaqlayıb. Qeyd edək ki, norveçli hücumçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 9 matçda 10 qol vurub.
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Fransa təmsilçisi PSJ-yə qarşı keçirilən UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunun oyununda (2:4) iki rekorda imza atıb.
Crossmedia.az "Actu Foot" nəşrinə istinadən xəbər verir ki, dubl edən norveçli futbolçu turnir tarixində 60 qol həddinə ən tez çatan oyunçu olub.
Bunun üçün ona 60 matç kifayət edib. Əvvəlki rekord 80 görüşdə 60 qol vuran Lionel Messiyə məxsus idi.
Bundan əlavə, E.Holann sözügedən göstəriciyə çatan ən gənc futbolçu adını da qazanıb. O, Çempionlar Liqasında 60-cı qolunu 26 yaş 85 günlüyündə vuraraq L.Messini bir gün qabaqlayıb.
Qeyd edək ki, norveçli hücumçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 9 matçda 10 qol vurub.
11:12 15.10.2026
Oxunuş sayı: 133