Keniya Prezidenti Azərbaycana dövlət səfərinə dəvət alıb

Keniya Prezidenti Uilyams Ruto Azərbaycana dövlət səfərinə dəvət olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Keniya KİV-ləri yazıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nayrobidəki Dövlət İqamətgahında Ruto ilə görüşü zamanı dəvəti ona çatdırıb.
Xatırladaq ki, C.Bayramov Keniyanın paytaxtında rəsmi səfərdədir. Daha əvvəl o, keniyalı həmkarı Musaliya Mudavadi ilə danışıqlar aparıb, həmçinin Azərbaycanın bu ölkədəki səfirliyinin açılışında iştirak edib.
15:50 03.06.2025
Oxunuş sayı: 899