Bakıda sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, konfrans Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı və Dövlət Sosial Müdafiə Fondunun ev sahibliyi ilə baş tutur.
Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və bir sıra ölkələrin sosial təminat qurumlarının rəhbərləri iştirak edir.
10:43 29.05.2025
Oxunuş sayı: 963