“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub.
Crossmedia.az xəbər verir ki, İdarənin Aparat rəhbəri vəzifəsinə Fuad Xəlilov gətirilib.
Qeyd edək ki, o, 1978-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq “Nikoil Bank”, “Bank Standard” və “Standard Insurance ASC” kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.
2017–2025-ci illərdə telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən F.Xəlilov “Bakcell” və “Azerconnect Group”da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib.
2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.
15:44 20.05.2025
Oxunuş sayı: 774