Bəzi çaylarda suyun səviyyəsi artıb

Avtomat hidroloji stansiyaların mayın 9-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Crossmedia.az bu barədə Milli Hidrometerologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.
10:22 09.05.2025
Oxunuş sayı: 924