️Yeni Papa XIV Leo haqqında maraqlı faktlar

Robert Fransis Prevost, o, 69 yaşında, Çikaqoda anadan olub.
Crossmedia.az xəbər verir ki, o, riyazi təhsillidir və Müqəddəs Avqustin ordenli seminariyasını bitirib.
1982-ci ildə Peruda Avqustin missiyasına qoşulduqdan az sonra keşiş təyin edilib.
90-cı illərin sonlarında ABŞ qayıdıb və tezliklə Avqustin Ordeninin Prior Generalı olub.
2014-cü ildə Papa Fransisk tərəfindən yepiskop təyin edilib və 2020-ci ildə Peruda apostol administratoru təyin edilib.
2025-ci ilin fevralında Papa Fransisk onu kardinal yepiskop (yəni böyük kardinal) rütbəsinə qaldırıb.
Tarixdə ABŞ-da doğulan ilk Papadır.
13:12 09.05.2025
Oxunuş sayı: 883