Lahorda partlayışlar: Hindistan dronu vuruldu

Pakistanın Pəncab əyalətinin inzibati mərkəzi olan Lahor şəhərində bir neçə partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Samaa TV” telekanalı məlumat yayıb.
Belə ki, partlayış səsləri şəhərin Qopal-Nagar və Nasirabad rayonlarında, Volton şosesi və hava limanı yaxınlığında eşidilib. Polisə əsaslanan məlumata görə, həmin ərazidə Hindistandan idarə olunan pilotsuz uçuş aparatı (PUA) vurulub. Dron radioelektron mübarizə sistemi vasitəsilə sıradan çıxarılıb və onun ölçüsünün təxminən 1,5–1,8 metr olduğu bildirilir.
Şəhər sakinlərinin sözlərinə görə, mərkəzi Askari 5 rayonunda da iki güclü partlayış baş verib. Eyni zamanda, Hərbi Dəniz Kolleci binasından qalxan tüstü müşahidə olunub.
Məlumata görə, hazırda hadisə yerinə xilasedicilər və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.
Fatimə Məmmədova
11:23 08.05.2025
Oxunuş sayı: 744