Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı tərəflər Hindistan-Pakistan münasibətlərindəki son gərginlik, mayın 6-na keçən gecə baş vermiş hücum və bölgədəki ümumi vəziyyəti müzakirə ediblər.
Ərdoğan hücum nəticəsində həyatını itirən pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. O, Türkiyənin bu ağır günlərdə Pakistanla həmrəy olduğunu bildirib.
Türkiyə Prezidenti, Pakistanın hadisələrə yanaşmasında nümayiş etdirdiyi sakit və mötədil siyasəti dəstəklədiyini vurğulayıb.
O, Cammu və Kəşmirdə baş verən terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifini məqsədəuyğun saydığını qeyd edib.
Ərdoğan, bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün Türkiyənin bütün imkanları ilə yardım etməyə hazır olduğunu və bu istiqamətdə diplomatik təmasların davam etdiriləcəyini də bəyan edib.
Aybəniz Səfərova
22:33 07.05.2025
Oxunuş sayı: 1644