Pakistan: Hindistan Hərbi Hava Qüvvələri darmadağın edildi

Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus bütün qırıcılar, o cümlədən Fransadan alınan Rafale təyyarələri Çin istehsalı olan J-10C döyüş təyyarələri vasitəsilə məhv edilib.
Crossmedia.az nazirin sözlərinə istinadən xəbər verir ki, Çin səfiri səhər saat 4-də Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və dost ölkənin nümayəndəsi kimi vəziyyətlə bağlı məlumatlandırılıb.
“Şişirdilmiş Rafale qırıcıları tam uğursuzluğa düçar oldu, Hindistan pilotları isə tamamilə qeyri-peşəkar davrandılar”, - deyə İshaq Dar əlavə edib.
Bundan əlavə, Pakistan hökuməti ölkənin hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.
Mədinə Cəlilova
22:16 07.05.2025
Oxunuş sayı: 1294